Almaniya vətəndaşı Bakıda qəza törətdi

Bakının Xətai rayonunda işıqforun qırmızı işığına məhəl qoymayan sürücü qəza törədib. APA TV-nin məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb. Almaniya vətəndaşı Hikmət Yiğitdöl idarə etdiyi "Range Rover"lə  Fərid Qasımovun idarə etdiyi "Mercedes"i arxadan vurub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

 

Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. Aparılan ilkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya "Range Rover"in sürücüsünün işıqforun qırmızı işığına məhəl qoymaması səbəb olub.

 

Hadisə ilə bağlı yekun qərar yaxınlıqdakı "Təhlükəsiz Şəhər" (TŞ) kamerasına baxıldıqdan sonra veriləcək. Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv