Yollar bağlananda vətəndaşlara SMS göndəriləcək - AZƏRBAYCANDA

Nazirlər Kabineti “Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları”nı təsdiq edib.

 

APA-nın məlumatına görə, Qaydaya əsasən, yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi Nəqliyyat Nazirliyi tərəfindən sellülar (mobil) telekommunikasiya operatorları vasitəsilə həyata keçiriləcək. Məlumatların qısa mesaj (SMS) vasitəsilə istifadəçilərə göndərilməsini Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi təmin edəcək. Qısa mesajların həcmi GSM standartlarının tələblərinə uyğun müəyyən olunacaq. Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi üzrə xidmətlər ödənişli olacaq. Aylıq abunə haqqı və bir SMS-in qiyməti Nəqliyyat Nazirliyi ilə sellülar (mobil) telekommunikasiya operatorları arasında bağlanmış müqavilə ilə müəyyən ediləcək. Xidmətdən əldə edilən vəsait  Mərkəzin hesablaşma hesabında yığılacaq.

Müəllif | Apa.Tv
Apa.tv