Baş həkim: "Respublika Psixiatriya Xəstəxanasında 2 min xəstə var"
"1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında 2 mindən artıq pasient var".
Bunu APA TV-yə xəstəxananın baş həkimi Ağahəsən Rəsulov deyib. Onun sözlərinə görə, xəstələrin çox olmasına səbəb regionlardakı xəstəxanaların təmirə bağlanmasıdır. Baş həkim deyib ki, xəstələrin həyata maraqlarını, vərdişlərini geri qaytarmaq üçün tədbirlər görülür. Bu cür xəstələrlə psixoloqlar daimi işləyir: "Ümumiyyətlə, xəstələrdə elə olur ki, vərdişlərini itirirlər. Sönük yaşayırlar. 12 psixoloqumuz, 24-ə yaxın əmək təlimatçımız var. Əsas məqsəd normal həyata hazırlamaqdır".
Onun sözlərinə görə, son 7-8 ildə burda böyük əsaslı dəyişikliklər aparılıb. Xəstəxanada 100 çarpayılıq 4 yeni korpus tikilib.