Tovuzda partlayış: 1 yaralı
Tovuzda evdə partlayış olub, bir nəfər xəsarət alıb. APA TV-nin xəbərinə görə, hadisə bu gün səhər rayonun Qovlar qəsəbəsində baş verib. Qəsəbə sakini, 1973-cü il təvəllüdlü Allahverdiyev Rasim Şəmistan oğlu yaşadığı evdə qaz sobasını yandırmaq istəyərkən partlayış olub. Xəsarət alan Rasim Allahverdiyev 2-3-cü dərəcəli texniki yanıq və yanıq şoku diaqnozu ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan onun vəziyyətinin orta-ağır olduğu bildirilib.