Ağcabədidə qonşuların qanlı davası: ər öldü, arvadı ağır vəziyyətdədir

Ağcabədi rayonunun Aşağı Afşar kəndində qonşuların mübahisəsi onlardan birinin qətli ilə nəticələnib.

 

APA TV-nin xəbərinə görə, kənd sakini, 1964-cü il təvəllüdlü Rüstəmov Mehman Əkbər oğlu ilə həmkəndlisi, 1979-cu il təvəllüdlü Məhərrəmov Fikrət Məmməd oğlu arasında mübahisə yaranıb. Nəticədə F. Məhərrəmov qonşusunu və onun həyat yoldaşı 1973-cü il təvəllüdlü Rüstəmova Təranə Şəmsəddin qızını bıçaqlayıb. M. Rüstəmov hadisə yerində ölüb, qadın isə xəstəxanaya yerləşdirilib.

 

Hadisəni törədən F. Məhərrəmov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv