Qubada 24 yaşlı oğlan bıçaqlanıb

Quba rayonunda bıçaqlanma faktı qeydə alınıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, rayon sakini, 1990-cı il təvəllüdlü Ağayev Fərid Elşən oğlu müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Tibb müəssisəsində ona döş qəfəsinin ön divarının aşağı hissəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hazırda Fərid Ağayevin vəziyyəti orta-ağır qiymətləndirilir. Quba rayon Polis Şöbəsindən bildirilib ki, hadisə ilə bağlı saxlanılan yoxdur. Araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan