MTN-dən əməliyyat: 19 kq narkotik tutuldu - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi tədbirlər nəticəsində ümumilikdə 19 kiloqramdan artıq narkotik vasitənin İrandan qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən, gömrük nəzarətindən kənar keçirilərək Azərbaycana qanunsuz daşınmasının qarşısı alınıb, 11 nəfər şübhəli şəxs qismində tutulub.
Bu barədə APA TV-yə MTN-in ictimai əlaqələr idarəsindən məlumat verilib. Məlumata görə, ümumilikdə 2 kiloqram 700 qram heroin, 15 kiloqram 891 qram tiryək, 700 qrama yaxın həşiş qətranı aşkarlanıb. Bütün faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Azərbaycan vətəndaşları – Mehtiyev Elçin Zöhrab oğlu, Cəfərova Nərgiz Zeynal qızı, Rzayev Fuad Ziyad oğlu, Abuşov Aqil Arif oğlu, Abasov Şücaət Hüseynağa oğlu, Əsgərov Cavanşir Ələsgər oğlu, Həziyev Mayıs Xanibəy oğlu, Mirzəyev Misir Əli oğlu, Feyzullayev Ədalət Qəzənfər oğlu, Gülməmmədov Kərim Səlim oğlu və onun həyat yoldaşı Gülməmmədova Mehriban Qəhrəman qızı təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.