Poroşenko milyarderi özünə müşavir təyin etdi

Ukrayna prezidenti Pyotr Poroşenko özünün yeni müşavirinin adını açıqlayıb. Bu, milyarder, "Mironovski xleboprodukt" Aqroholdinqin sahibi Yuriy Kosyukdur. APA TV-nin məlumatına görə, Kosyuk bu vaxta qədər Prezident Administrasiyası rəhbərinin müavini postunu tutub. Yeni müşavirin 46 yaşı var. O, Kiyev Yeyinti Texnologiyası İnstitunun məzunudur. Kosyuk 1998-ci ildə hazırda rəhbərlik etdiyi holdinqi yaradıb. Onun rəhbərlik etdiyi şirkət ölkənin ən böyük özəl qurumudur. "Forbes"in açıqlamasına görə, Yuriy Kosyuk Ukraynanın 10 ən varlı adamı siyahısına daxil edilib. Onun 1,3 milyard dollar kapitala sahib olduğu deyilir.

Müəllif | Apa.Tv
Apa.tv