Bakı-Quba-Rusiya sərhəd yolundakı körpü qəzalı vəziyyətə düşüb

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun Xaçmaz rayonu ərazisindən keçən yolun üzərində yerləşən bir körpü qəzalı vəziyyətə düşüb. APA TV-nin şimal bürosuna verdiyi məlumata görə, Gəndob-Yalama yolunun 27-ci km-də yerləşən ümumu uzunluğu 60.2, eni isə 10 metr olan Qudyalçayın üzərindəki qəzalı körpü 40 il öncə salınıb. Bir neçə dəfə qəzalı vəziyyətə düşən nəqliyyat ötürücüsünün yük götürməsi nəqliyyat vasitələrinin müasir inkişafı ilə bağlı statik və dinamik yüklənməyə cavab vermir.

 

Körpünün qəzalı vəziyyətə düşməsinin əsas səbəblərindən biri də çay yataqlarının daş karxanaları tərəfindən istismarıdır. Çay yatağının dəyişməsi  körpünün yeraltı dayaqlarını üzə çıxarır. Bu isə körpüdə qəzalı vəziyyətinin yaranmasına gətirib çıxarır. S.İsmayılovun sözlərinə görə, çaylarda suyun artması daha ciddi problemlərə səbəb ola bilər.

 

Rəis müavinin sözlərinə görə, Xaçmaz rayonunda respublika əhəmiyyətli avtomobil yollarının üzərində yerləşən körpülərdən Vəlvələçayın üzərindəki körpü yük qabiliyyətinə görə müasir tələblərə cavab verir.

 

Müəllif | Apa.Tv
Vəli Turan