Şəmkirdə "Opel" ağaca çırpıldı: 2 ölü

Şəmkirdə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Rayon Polis Şöbəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə Şəmkir şəhərində qeydə alınıb. Çinarlı qəsəbə sakini, 34 yaşlı Eldəniz Zeynalov idarə etdiyi “Opel” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən maşını yolun kənarındakı ağaca vurub. Sürücü və sərnişini, 54 yaşlı Aslan Pürəziz aldıqları xəsarətdən hadisə yerində ölüblər.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli