Cəlilabad sakini bacanağını bıçaqlayıb
Astarada bıçaqlanma hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gecə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Cəlilabad şəhər sakini, Əfsər İsayev şəxsi münaqişə zəminində bacanağı, Astara şəhər sakini Ehtiram Hüseynova bıçaqla ağır bədən xəsarəti yetirib. Döş qəfəsindən yaralanmış Ehtiram Hüseynov yaxınları tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törətmiş Əfsər İsayev isə yaxalanaraq, istintaq orqanlarına təhvil verilib.
Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.