Balakəndə əmi və qardaş oğlu bıçaqlanıb

Balakəndə əmi və qardaş oğlu bıçaqlanıb. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə rayonun Qullar kəndində qeydə alınıb. Kənd sakinləri – 21 yaşlı Məhəmməd İlham oğlu Xanpəriyev və onun həmyaşıdı Adil İlham oğlu İsmayılov həmkəndliləri, 23 yaşlı İlham İsak oğlu Xipiyev və onun qardaşı oğlu 18 yaşlı Elşən Etibar oğlu Xipiyevlə şəxsi münasibətlər zəminində dalaşıblar. Münaqişə zamanı Məhəmməd Xanpəriyev üzərində gəzdirdiyi bıçaqla İlham Xipiyevi və onun qardaşı oğlu Elşən Xipiyevi vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Məhəmməd Xanpəriyev və Adil İsmayılov hadisə yerindən qaçıblar.

Bıçaq xəsarəti alanlar Balakən Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.

 

Hər iki yaralı xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyətləri orta-ağır hesab olunur.

 

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov