Bakıda sərxoş kişi təşviş yaratdı

Ötən gecə Bakıda evində sərxoş vəziyyətdə yatan 77 yaşlı kişi həyəcana səbəb olub. APA TV-nin məlumatına görə, paytaxtın Səbail rayonunda, Hacı Zeynalabdin Tağıyev küçəsindəki 2 saylı binanın ikinci mərtəbəsində yaşayan 1938-ci il təvəllüdlü Fazil Məmmədovdan yaxınları uzun müddət xəbər ala bilməyiblər. Qapının açılmadığını və zənglərə cavab verilmədiyini görən nəvəsi Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə məlumat verib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə yollanıblar. Polis əməkdaşları və təcili tibbi yardım briqadası da mənzilin yerlışdiyi binaya gəlib. Məlum olub ki, 77 yaşlı kişi giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər mənzilə pəncərədən daxil olublar. Qapı açılıb və məlum olub ki, spirtli içki qəbul edən Fazil Məmmədov evdə yatıb. Yuxudan oyananda ətrafında xilasediciləri və televiziya kameralarını görən yaşlı kişi xeyli təəccüblənib

 

Həkimlərin müayinə etdiyi Fazil Məmmədovun səhhətində heç bir problem aşkarlanmayıb və təcili tibbi yardımın müdaxiləsinə ehtiyac olmayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv