"Qalatasaray" son oyunda da uduzdu - 1:4

UEFA Çempionlar Liqasında heç bir iddiası qalmayan Türkiyənin "Qalatasaray" klubu qrup mərhələsinin son turunda "Arsenal"a 4:1 hesabı ilə məğlub olaraq, qrupu 1 xalla sonuncu yerdə tamamlayıb.

 

APA TV-nin xəbərinə görə, İstanbulda keçirilən qarşılaşmaya sürətli başlayan "Arsenal" hesabı 3-cü dəqiqədə Lukas Podolskinin qolu ilə açıb. 11-ci dəqiqədə İngiltərə klubu üstünlüyünü iki topa çatdırıb. Bu dəfə Aron Remsi fərqlənib. Bundan 18 dəqiqə sonra Remsi uzaqdan vurduğu gözəl qolla dubla imza atıb.

 

İlk hissə "Arsenal"ın 3:0 hesablı üstünlüyü ilə başa çatıb.

 

İkinci hissədə daha yaxşı oyun göstərən "Qalatasaray" bir neçə təhlükəli vəziyyətdən yararlana bilməyib. İstanbul klubu təsəlli qolunu 89-cu dəqiqədə vura bilib. Hollandiyalı futbolçu Uesli Sneyder hesab arasındakı fərqi azaldıb.

Amma "Arsenal" 3:1 hesablı qələbə ilə də kifayətlənməyib. Oyunun əsas vaxtına əlavə edilən 2-ci dəqiqədə Lukas Podolski özünün ikinci, komandasının isə dördüncü qolunu vurub. "Qalatasaray" 1 - "Arsenal" 4.

Müəllif | Apa.Tv
Apa.tv