İsveçrə qondarma “erməni soyqırımı”na abidə qoyulması təklifini rədd etdi

İsveçrə hökuməti bu ölkədəki erməni diasporunun qondarma “erməni soyqırımı”na abidə qoyulması təklifini rədd edib.

 

APA TV-nin “Milliyet”ə istinadən xəbərinə görə, İsveçrə Xarici İşlər Nazirliyi tələbin rəddinə dair qərarını Cenevrə kantonunun hökumətinə göndərib.

 

Qeyd edək ki, İsveçrədəki erməni diasporu Cenevrədəki BMT parkında - “Ariana Park”da qondarma “erməni soyqırımı”na abidə qoyulmasını təklif edib. Nazirliyin açıqlamasında bildirilib ki, erməni diasporu təklifində israr edərsə, Cenevrə kantonunun hökuməti abidənin şəhərin başqa yerində qoyulmasına qərar verə bilər.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı