Kürdəmirdə yoldan çıxan "Mitsubishi Pajero" aşdı: 2 yaralı

Bu gün səhər saatlarında Bakı-Qazax yolununda iki nəfərin ağır xəsarət alınması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə magistralın 208-ci km-də, Kürdəmir rayonunun Qarabulaq kəndindən keçən hissəsində qeydə alınıb. Gürcüstan vətəndaşı, 1988-ci il təvəllüdlü Faiq Qasımovun idarə etdiyi KFA-555 nömrə nişanlı "Mitsubishi Pajero" markalı avtomobildə qəflətən idarəetməni itirib və maşın yol zolağından çıxaraq, bir neçə dəfə çevrilib. Nəticədə avtomobildə olan sərnişinlərdən Gürcüstan vətəndaşları, 1963-cü il təvəllüdlü Qasımov Teymur İslam oğlu və 1963-cü il təvəllüdlü Aslanova Elnarə İslam qızı müxtəlif bədən xəsarətləri alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırmalar başlayıb.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov