Türkiyədə əxlaqsızlıq edən erməni qadınlar sərbəst buraxıldı
Türkiyədə əxlaqsızlıqla məşğul olan erməni və gürcü millətindən qadınlar yaxalanıblar. Samsun şəhərinin Qara dəniz sahilində yerləşən Atakumi qəsəbəsində saxlanılan bu qadınlar fahişəlikdə təqsirləndiriliblər. APA TV-nin "Samsunhaber"ə istinadən verdiyi məlumata görə, türk polisinin yaxaladığı 10 qadın Türkiyə vətəndaşlığı aldığını bildirib və bunu sübut edən sənəd göstəriblər. Polis idarəsindəki araşdırmalardan isə məlum olub ki, bu pasportların beşi saxtadır. Maraqlı burasıdır ki, qadınların ifadələri alındıqdan sonra onlar sərbəst buraxılıblar.