Maradonadan növbəti qeyri-adi hərəkət: prezidentin çıxışı zamanı yatdı - GÖRÜNTÜ

Əfsanəvi futbolçu Maradona Venesuelada keçirilən dövlət tədbirində ölkə prezidentinin çıxışı zamanı yatıb. Argentinalı futbolçuya mötəbər qonaqlar üçün nəzərdə tutulan lojada yer ayrılıb. APA TV-nin "El Universal" agentliyinə istinadən verdiyi xəbərə görə, Maradona bu tədbirə Perunun müstəqilliyini müəyyənləşdirən Ayakuço döyüşünün 190 illiyi münasibətilə dəvət alıb. Venesuela prezidenti Madura çıxışı zamanı Karakas panteonunun sırasında Maradonanın iştirak etməsini xüsusi qeyd edib və bildirib ki, o, yalnız futbol sahəsində fenomen olmayıb. Prezident onu həm də inqilabi təfəkkürü ilə seçilən möhtəşəm insan kimi xarakterizə edib. Maradona isə onun haqqında deyilən bu sözləri eşitməyib. Keçmiş futbolçu yalnız arxadan bir şəxsin onu dümsüklədikdən sonra ayılıb və ayağa qalxaraq əl çalmağa başlayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv