Dağıstanda əməliyyat: Mahaçqalada təhlükəli şəxs öldürüldü
Dağıstanda polisin keçirdiyi əməliyyat zamanı silahlı qruplaşmalardan birinin başçısı öldürülüb. APA TV-nin Rusiya saytlarına istinadən verdiyi xəbərə görə, öldürülən Ruslan Darsamov quldurluq, hədə yolu ilə pul tələb etmə və polis əməkdaşlarının qətlində təqsirləndirilib. Bildirilir ki, polis Mahaçqalanın mərkəzi küçələrindən birində şübhəli avtomobili saxlayıb. Bu zaman sürücü tərəfindən onlara atəş açılıb. Cavab atəşi ilə o, öldürülüb. Ruslan Darsamovun 25 yaşı olub. Mahaçqalada fəaliyyət göstərən cinayətkar silahlı qruplaşmalar onun nəzarətində olub.