Nazir müavini: "Ölkədə işsizlik problemi iş yerlərinin olmaması ilə bağlı deyil"

"Azərbaycanda işsizlik problemi iş yerlərinin olmaması ilə bağlı deyil".

 

APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. Onun sözlərinə görə, işsizliyin aradan qaldırılması bilavasitə nazirliyin səlahiyyətləri çərçivəsində olmasa da, bu qurum məşğulluqla bağlı və digər normativ sənədlər qəbul edildikdə təkliflərlə çıxış edir: "Biz gənclər üçün biznes inkubatorların, karyera mərkəzlərinin yaradılması məqsədi ilə çalışırıq ki, müəyyən peşə biliklərinin əldə edilməsi təmin edilsin. Bundan başqa, il ərzində aztəminatlı ailələr üçün peşə kursları, kompüter kursları təşkil edirik. Gənclər arasında maarifləndirmə işini gücləndirmək lazımdır. Təhsil almağa getdikdə bir növ əmək bazarını monitorinq etməlidirlər ki, bu gün Azərbaycan cəmiyyətində hansı ixtisaslar daha önəmlidir. Ona müvafiq də peşə bilikləri əldə etməlidirlər".

 

Bakıda gənclərin sağlamlığına həsr olunmuş beynəlxalq forum keçirilir. Tədbirdə tibb sahəsində ixtisaslaşmış yerli və xarici mütəxəssislər, gənclər təşkilatları iştirak edir. İntiqam Babayev çıxışında sağlamlığın insanın təməlini formalaşdırdığını deyib.

 

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev gənclərin sağlamlığının qorunması ilə bağlı məsələlərdə gənclər təşkilatlarının rolunu xüsusi vurğulayıb.

 

Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev gələn Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunlarını xatırladaraq 400 nəfər azərbaycanlı həkim-terapevtin xidmət göstərəcəyini deyib.

 

Müəllif | Apa.Tv