Obama İŞİD-lə mübarizədə yeni səlahiyyətlər istəyir

ABŞ prezidenti Barak Obama İŞİD terror təşkilatına qarşı mübarizədə səlahiyyətlərinin artırılmasını istəyir. Xarici İşlər naziri Con Kerri Senatın Xarici Əlaqələr Komitəsində İŞİD-lə mübarizəyə həsr olunmuş iclasa qatılıb. O, Obama administrasiyasının İŞİD-ə qarşı hərbi gücdən istifadə edilməsində səlahiyyətlərinin artırılmasını tələb edib. APA TV-nin NTV-yə istinadən xəbərinə görə, Obama administrasiyası İŞİD terrorçuları ilə mübarizə üçün Konqresdən səlahiyyətin İraq və Suriya ilə məhdudlaşdırılmamasını, Amerikanın müharibə aparmasına qadağa qoyulmamasını və 3 illik səlahiyyətin vaxtının uzadılmasını istəyir.

 

Hazırda İraqda yerli ordunun təlim və koordinasiya üçün 3.100 ABŞ əsgəri var. ABŞ rəhbərliyi ilə koalisiya qüvvələri də havadan İŞİD mövqelərini bombalayır.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı