Masallıda yaşayış evi yanıb
Masallıda yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Bədəlan kənd sakini, 1970-ci il təvəllüdlü Saday Məcidova məxsus 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 308 kv.m olan ev 75 kv. m. ərazidə yanıb. İlkin versiya kimi hadisənin elektrik naqillərində baş verən qısaqapanmadan qeydə alındığı bildirilib. Faktla bağlı araşdırma aparılır.