Bakıda səfirin pulunu oğurladılar
Bakıda səfirin kartından pul oğurlanıb. APA TV-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, dekabrın 8-də Azərbaycan Beynəlxalq Bankının Bank Fəaliyyətinin Təhlükəsizliyini təmin edən əməkdaşı Nəsimi rayon Polis İdarəsinə müraciət edərək, iyun ayının 1-dən avqust ayının 18-dək olan müddətdə Küveytin Azərbaycandakı səfirinin bank kartından 22 min 484 ABŞ dollarının silindiyini bildirib. Nəsimi rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində pulun Küveyt səfirliyinin ictimai əlaqələr üzrə mütəxəssisi tərəfindən internet vasitəsi ilə oğurlanması müəyyən edilib. Araşdırmalar aparılır.