“FINCA Azerbaijan”ın Qovlar filialının yeni inzibati binası açılıb

Dekabrın 9-da “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Qovlar filialının yeni inzibati binasının açılış mərasimini keçirib. FINCA standartlarına tam cavab verən yeni müasir ofis Qovlar filialı tərəfindən müştərilərə göstərilən xidmətin ən yüksək səviyyədə təşkil olunmasına və onların rahatlığının təmin olunmasına zəmin yaradır. Açılış mərasimində təşkilatın rəhbər şəxsləri ilə yanaşı, yerli İcra Hakimiyyətinin, müxtəlif bankların nümayəndələri və filialın müştəriləri də iştirak ediblər.

 

9 ilə yaxındır, regionda fəaliyyət göstərən Qovlar filialı 14 nəfərdən ibarət işçi heyətilə 3000 nəfərdən çox aktiv müştəriyə - kiçik və orta sahibkarlara biznes və kənd təsərrüfatı kreditləri təqdim etməkdə davam edir.

Müəllif | Apa.Tv
Apa.tv