Sabirabadda "Toyota" piyadanı vurub öldürdü
Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə yolunun 30-cu kilometrliyində qeydə alınıb.
Saatlı rayon sakini Əlibarat Rəhimov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Qaratəpə kənd sakini Elmar Əliyevi vurub. Xəstəxanaya yerləşdirilən E. Əliyevin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırılma aparılır.