DSMF Bərdədə “Açıq qapı günü” keçirib
Dövlət Sosial Müdafiə Fondu (DSMF) Bərdədə “Açıq qapı günü” - vətəndaşların qəbulunu keçirib. APA TV-nin xəbərinə görə, tədbirdə Mingəçevir, Naftalan şəhərlərinin, Bərdə, Xocalı, Goranboy, Ağdaş, Ucar, Ağdam, Yevlax, Samux və Tərtər rayonlarının sığorta ödəyiciləri və pensiyaçıları iştirak edib. DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib ki, hazırda respublikada əmək pensiyaları ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən təyin olunur. Bu isə pensiya məbləğini sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılı edir.
Bildirilib ki, işləyənlər (sığortaolunan) işəğötürənlərlə (sığortaedən) əmək müqavilələrinin bağlanılmasında, əmək haqlarının tam rəsmiləşdirilməsində və sosial sığorta haqlarının vaxtında ödənilməsində son dərəcə diqqətli olmalıdırlar.