Bakıda intihar etmək istəyən 5 fəhlə xilas edildi - REAL GÖRÜNTÜ
Bakıda bir neçə nəfər binanın damına çıxaraq intihar etmək istəyib. Azərbaycan prospekti, 1 a ünvanında yerləşən 12 mərtəbəli yaşayış binasının damına çıxan 5 nəfər şəxs intihar edəcəyini bildirib.
APA TV-nin xəbərinə görə, hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. FHN əməkdaşları intihara cəhd edəcəyini deyən şəxslərlə danışıqlar aparıblar. Onlar fikirlərindən daşındırılaraq aşağı düşürülüblər.
Aşağı düşürülən şəxslər tikinti şirkətlərindən birində fəhlə kimi çalışdıqlarını, gecikdirilən əmək haqlarını tələb etdiklərini deyiblər. Lakin onlar çalışdıqları tikinti şirkətinin adını bilmədiklərini söyləyiblər.
1987-ci il təvəllüdlü Məmmədov Ceyhun Fehruz oğlu, onun qardaşı, 1988-ci il təvəllüdlü Sərxan Məmmədov, 1988-ci il təvəllüdlü Bağırov Şamxal Məhərrəm oğlu, onun 1985-ci il təvəllüdlü qardaşı Vüqar Bağırov, 1986-cı il təvəllüdlü Əliyev Aqil İbrahim oğlu və 1995-ci il təvəllüdlü Salahov Həsrət Mustafa oğlu Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə aparılıblar.