Səbaildə Heydər Əliyevin anım günü qeyd edilib

Səbail rayon İcra Hakimiyyəti Heydər Əliyevin xatirəsini anma mərasimi təşkil edib. APA TV-nin xəbərinə görə, millət vəkillərinin, ölkənin tanınmış ictimai-siyasi xadimlərinin, ombudsmanın, Böyük Vətən Müharibəsi iştirakçılarının və digər qonaqların iştirak etdiyi mərasimdə rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə məruzə ilə çıxış edib.

 

Qeyd olunub ki, bu gün Azərbaycan dövlətçiliyini, müstəqilliyini əbədi yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. İcra başçısı qeyd edib ki, ulu öndərin ideyaları bu gün də yaşayır və inkişaf edir. Heydər Əliyevin təməlini qoyduğu işlər bu gün onun siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Tədbir bədii hissə ilə davam etdirilib. 

Müəllif | Apa.Tv
Apa.tv