Bakıda qayınana gəlinini və 6 aylıq nəvəsini amansızlıqla qətlə yetirdi

Bakıda qayınana gəlinini və 6 aylıq nəvəsini amansızlıqla qətlə yetirib. APA TV-nin məlumatına görə, tükürpədici qətl Suraxanı rayonunda baş verib. Qum adası, Zeytun bağları adlanan ərazidə kirayədə qalan 40 yaşlı Şərqiyyə Hüseynova birlikdə yaşadığı gəlini 20 yaşlı Elnarə Nəcəfova ilə mübahisə edib.
 

Mübahisə fərdi yaşayış evinin həyətində olub. Qadın yerdən götürdüyü daş parçası ilə gəlini Elnarənin başına bir neçə zərbə vurub. Ağır kəllə beyin travması alan Elnarə Nəcəfova yerindəcə ölüb. Bundan sonra hadisəni törədən Şərqiyə Hüseynova evə girərək, 6 aylıq nəvəsi Emilyanı boğaraq amansızlıqla qətlə yetirib.
 

Hadisə barədə xəbər tutan qonşular dərhal polisə məlumat veriblər. Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər.
 

Hadisə yerində müayinə aparıldıqdan sonra cəsədlər Suraxanı rayonu məhkəmə tibbi ekspertizasının patoloji anatomiya şöbəsinə aparılıb. Hadisəni törətməkdə şübhəli bilinən Şərqiyyə Hüseynova saxlanılıb. Dindirmə zamanı qadın cinayəti mübahisə zamanı törətdiyini bildirib. Fakta görə cinayət işi başlanıb, araşdırma davam edir.

Müəllif | Apa.Tv