Paytaxtda oğurluq edən şəxslər tutuldu

Paytaxt ərazisində oğurluq edən şəxslər polis tərəfindən yaxalanıb. APA TV-nin məlumatına görə, Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşları İmişli rayon sakini, 22 yaşlı Elvin Nəsirlini saxlayaraq, istintaqa cəlb ediliblər. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs  Yasamal rayon sakini Səbinə Vurğunovanın evindən 150 manat  və qızıl zinət əşyalarını oğurlayıb.

 

Əməliyyat  axtarış tədbirləri zamanı rayon ərazisində motosiklet oğurlayan  şəxslər də saxlanılıb. Cəlilabad rayon sakinləri 24 yaşlı Mərhəmət Quliyev və həmyerlisi Rəşad Əsədov törədikləri cinayət  əməlini etiraf ediblər. 

 

Hər iki faktla bağlı aparılan araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv