Gəncə sakini ehtiyatsızlıqdan yandı

Gəncə sakini benzin və siqaretlə özünü yandırıb. Hadisə ehtiyatsızlıqdan baş verib. APA TV-nin xəbərinə görə, Gəncədə yaşayan 39 yaşlı Xəqani Quliyev əlində benzin dolu şüşə ilə siqaret çəkməyə başlayıb. Yaxınlarının sözlərinə görə, bu zaman onun ayağı büdrəyib və yıxılıb. Üzərinə və ətrafa dağılan benzin siqaretin közündən alışıb və o yanmağa başlayıb. Onu Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriblər.

 

Travmatologiya şöbəsinin müdiri Telman Feyzullayev deyib ki, benzin alışıb, onun sifəti, boyunu və hər iki əllərini yandırıb. Hazırda vəziyyəti orta-ağırdır.

 

Hazırda yaralının müalicəsi davam etdirilir.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli