"FINCA Azerbaijan"-ın Tovuz filialı 10 milyon kredit portfeli hədəfinə çatıb

"FINCA Azerbaijan"-ın 2012-ci ildən etibarən fəaliyyət göstərən Tovuz filialı növbəti uğurlarından birinə – 10 milyon kredit portfeli hədəfinə çatmasına həsr olunmuş tədbir keçirilib. 9 dekabr 2014-cü il tarixində keçirilən tədbirdə "FINCA Azerbaijan"-ın rəhbər şəxsləri ilə yanaşı, Tovuz rayon İcra Hakimiyyəti və əməkdaş bankların nümayəndələri, uzun müddət filialla əməkdaşlıq edən aktiv müştərilər iştirak ediblər.

 

Kredit portfelinə görə Qərb regionunda lider olan Tovuz filialı tədbirdə filialın 10 milyon kredit portfelinə çatmasında rolu olan müştərisi daxil olmaqla, ən uzun müddət filialla əməkdaşlıq edən 3 müştərisinə də hədiyyələr təqdim edib.

Hazırda Tovuz filialı 26 nəfərdən ibarət işçi heyəti ilə 7000 nəfərdən çox aktiv müştəriyə maliyyə xidmətləri göstərir.

Müəllif | Apa.Tv
Apa.tv