Bakı metrosunda ölüm hadisəsi baş verib
Bakı Metropoliteninin "İnşaatçılar" stansiyasında ölüm hadisəsi baş verib Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayev APA TV-yə bildirib ki, hadisə ötən gün saat 16.12-də qeydə alınıb. Metropolitenin laborantı, 1952-ci il təvəllüdlü Həlimə Əliyevanın halı qəflətən pisləşib və o, dünyasını dəyişib.
Lent.az-ın yaydığı xəbərə görə, 4 saylı təcili tibbi yardım briqadasına stansiyada 55-60 yaşlı qadının halının kəskin pisləşməsi ilə bağlı müraciət daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası gəlib. İlkin müayinədən sonra qadının vəfat etdiyi məlum olub.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.