Bakının daha bir mərkəzi küçəsi təmirə bağlandı
Bakının mərkəzi küçələrindən biri təmirə bağlanıb. Bu barədə APA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Bakı şəhər İcra Hakimiyyətindən NİİM-ə verilən məlumata əsasən, Səməd Vurğun küçəsinin Xaqani küçəsi ilə kəsişməsindən Zərifə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Hal-hazırda asflat örtüyünün dəyişdirilməsi üçün hazırlıq işləri gedir. Sürücülərə alternativ olaraq Bülbül prospektindən istifadə etmələri tövsiyə olunur. Təmir işlərininin 1 həftə ərzində yekunlaşdırılması planlaşdırılır.