Serbiya parlamentinin sədri Azərbaycana gəlib

APA TV-nin məlumatına görə, bunu jurnalistlərə Azərbaycanda səfərdə olan Serbiya parlamentinin sədri Maya Qoykoviç deyib. O bildirib ki, səfərinin məqsədi iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün müzakirələr aparmaq və parlamentlərarası əlaqələrin gücləndirilməsi üçün dialoq qurmaqdır: Parlamentin sədri kimi bu mənim Azərbaycana ilk səfərimdir. Ölkə rəhbərliyi və parlament rəhbərliyi ilə görüşlərim olub və olacaq. Səfərimin məqsədi ikitərəfli əməkdaşlıqda irəliləyişə nail olmaqdan ibarətdir”.

 

M. Qoykoviçin rəhbərli etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın məzarını, eləcə də Şəhidlər Xiyabanını ziyarət edib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı