"Qarabağ" mərhələ adlasa rəqibi kim olacaq?
Avrokuboklardakı yeganə Azərbaycan təmsilçisi “Qarabağ” qrup mərhələsini adlasa, dekabrın 15-də keçiriləcək 1/16 finalın püşkü zamanı 2-ci səbətdə yer alacaq. APA TV-nin məlumatına görə, çempionumuz 2-ci pilləni qorumaq şanslarını saxlayır, amma qrupun qalibi adını İtaliya "İnter"i əldə edib. Bu, o deməkdir ki, Ağdam klubu mərhələ keçsə, 15 potensial rəqibindən 4-ü Çempionlar Liqasından gələnlər olacaq. Bunlar isə 8 uğursuzun ən yaxşıları - I səbətdə yer alanlardır. “Ayaks”, “Liverpul”, “Anderlext” və “Roma” 2-ci səbətə daxil ediləcəyindən onların “Qarabağ”a 1/16 finalda rəqib olması və Bakıya gəlməsi mümkün deyil.
Əvəzində isə “Olimpiakos”, “Sportinq “, “Atletik” və “Zenit” təmsilçimizlə görüşə bilər.