Siyəzəndə "Mercedes" aşıb, sürücü ölüb
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 100-cü kilometrliyində, Siyəzən rayonu ərazisində qeydə alınıb. Şabran rayon sakini, 56 yaşlı Əhməd İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomaşında idarəetməni itirib, avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan sürücü Siyəzən Regional Diaqnostika Mərkəzində çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Hadisə zamanı sürücü maşında tək olub.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.