Bakıda kirayənişinin qızıllarını oğurlayan ev sahibəsi tutuldu
Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Səbinə Rəhimovanı həbs ediblər. APA TV-nin xəbərinə görə, Əliyar Əliyev küçəsində kirayədə yaşayan Səidə Musayeva polisə müraciət edərək, 1100 manat dəyərindəki qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Məlum olub ki, oğurluğu ev sahibi Səbinə Rəhimova törədib.
RPİ-nin 17-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü qısa müddətdə açılıb. Bölmədə dindirilən Səbinə Rəhimova kirayənişinin evdə olmadığı zaman əşyalarını oğurladığını deyib.
Faktla bağlı cinayət işi başlanıb.