ANAMA-nın baş direktoru Nazim İsmayılov vəfat edib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov vəfat edib. Bu barədə APA-ya mərhumun yaxınları məlumat verib.

 

N.İsmayılov uzun sürən xəstəlikdən axşam saatlarında dünyasını dəyişib.  

 

Qeyd edək ki, N.İsmayılov ANAMA-nın yaradıldığı tarixdən - 1998-ci ildən agentliyin rəhbəri vəzifəsində çalışıb.

 

O, Azərbaycanda ərazilərin minalardan təmizlənməsi işinin təşkilində xidmətlərinə görə bir neçə dövlət mükafatı ilə təltif olunub.

 

Allah rəhmət eləsin! 

Müəllif | Apa.Tv
Apa.tv