Xaçmazda “VAZ 2101” ağaca çırpıldı: 2 yaralı
Xaçmazda maşın ağaca çırpılıb, xəsarət alanlar var. APA TV-nin şimal bürosunun məlumatına görə, qəza şəhərin Heydər Əliyev prospektində baş verib. Xaçmaz şəhər sakini, 26 yaşlı İntizam Mütəllimovun idarə etdiyi “VAZ 2101” markalı avtomaşın yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü və sərnişin, Xaçmaz şəhər sakini, 31 yaşlı Anar Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Anar Allahverdiyevə sol göz ətrafının hematoması, İntizam Mütəllimova alının, hər iki əlin cırılmış yaraları və topuq oynaqlarının əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.