Gəncədə avtomobil yolun ortasında yandı

Bu gün səhər saatlarında Gəncədə minik avtomobili yanıb. APA-TV-nin qərb bürosunun verdiyi məlumata görə 21 yaşlı  Emil İsmayılov  idarə  etdiyi “VAZ 2106” markalı maşınla şəhərin Mirzə Abbas Abbaszadə küçəsi ilə hərəkətdə olarkən maşın anidən yanmağa başlayıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitəsi yanaraq yarasız hala düşüb. Dərhal hadisə yerinə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub və yanğın söndürülüb. Yanğına ilkin səbəb kimi avtomobilin mühərrikində baş verən nasazlıq göstərilir. Məlumata görə, sürücü avtomobili dünən təmirdən çıxarıb. Gəncə Dövlət Yanğından Mühafizə Hissəsində yanğının səbəbləri araşdırılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli