Şəkidə ağır qəza olub, 2 nəfər ölüb, 2 nəfər yaralanıb
Şəkidə iki minik maşını toqquşub, 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə Şəki-Qax magistral yolunda qeydə alınıb. Qax rayon sakini, 50 yaşlı Ramiz Məmmədovun idarə etdiyi 10 XK 096 dövlət nömrə nişanlı, “VAZ-2106” markalı avtomobil, 24 yaşlı Təbriz Qurbanovun idarə etdiyi 55 BH 179 dövlət nömrə nişanlı, “VAZ-2106” markalı maşınla toqquşub.
Qəza nəticəsində hər iki sürücü ölüb. Həmçinin Ramiz Məmmədovun idarə etdiyi maşında olan qızı, 23 yaşlı Aydan Məmmədova və digər avtomobildə olan sərnişinlər - 26 yaşlı Abdulla Malxasov və 26 yaşlı Elsevər Əhmədov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyi də Şəkidə baş verən qəza ilə bağlı məlumat yayıb. Məlumata görə, Şəki rayonu ərazisində iki "VAZ" markalı minik avtomobilinin toqquşması ilə nəticələnən yol-qəza hadisəsi baş verib. Hadisə yerinə cəlb olunmuş xilasedicilər Qurbanov Təbriz Əlirəhman oğlunun cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.