Zaqatalada gənc qadın dərmandan zəhərlənib

Zaqatalada bir övlad anası dərmandan zəhərlənib. Rayon Mərkəzi Xəstəxanasından  APA TV-yə verilən məlumata görə, Zaqatala şəhəri, Azərbaycan prospekti 39/1 ünvanında yaşayan  1989-cu il təvəllüdlü, Aynur Ramazanəli qızı Abakarova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 25 yaşlı Aynur Abakarova xeyli miqdarda dərman qəbul edib. Ailəli və bir övlad anası olan Aynur Abakarova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və ona  lazımi ilkin tibbi yardım göstərilib. Aynur Abakarovanın dərmanları hansı məqsədlə içməsi aparılacaq araşdırmalardan sonra məlum olacaq.

 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov