ÜST: 3 ölkədə "Ebola" virusuna yoluxanların sayı 18 mini keçib

Qvineya, Liberiya və Sierra-Leonedə "Ebola" virusuna yoluxanların sayı 18 188 nəfər təşkil edib. Onlardan 6 583 nəfəri xəstəlikdən dünyasını dəyişib.

 

APA TV-nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) növbəti açıqlamasında bildirilir.

 

Bundan əvvəl Qərbi Afrikanın üç ölkəsində ümumilikdə  17 942 “Ebola” virusu daşıyıcısı aşkar olunduğu və  6 388  nəfərin öldüyü açıqlanmışdı.

 

Qeyd edək ki, hazırda bu virusa qarşı bir neçə vaksin üzərində tədqiqat işləri görülsə də, onlardan hələlik heç biri dəqiq müalicə üçün təsdiqini tapmayıb. “Zmapp” adlı vaksin iki amerikalı xəstə üzərində sınaqdan keçirilib və onların vəziyyətində yaxşılaşma müşahidə olunub. Lakin, həmin vaksin ispaniyalı xəstə üzərində təsirsiz olub və onun həyatını xilas etmək mümkün olmayıb. 

Müəllif | Apa.Tv