Axund İŞİD-ə qoşuldu
Türkiyədə məsciddə fəaliyyət göstərən axundlardan biri İŞİD terrorçu qruplaşmasına qoşulub. APA TV-nin məlumatına görə, bu barədə Türkiyə baş nazirinin müavini Bülənt Arınc açıqlama verib.
Onun sözlərinə görə, axund fəaliyyət göstərdiyi məsciddə insanları üstüörtülü şəkildə İŞİD-ə qoşulmağa dəvət edirmiş. Əməliyyat nəticəsində o, aşkarlanaraq işindən uzaqlaşdırılıb.
"Təəssüflər olsun ki, Çanaqqalada Bayramiç vilayətindəki məscidlərdən birinin axundunun İŞİD-çilərə qoşulduğu aşkarlanıb. O, öz vəzifəsindən azad edilib. Başqa vilayətlərimizdə İŞİD-ə qoşulan axundlarımızın nə qədər olduğu barədə heç bir məlumatım yoxdur. Lakin axundlarımızın ölkəni tərk edərək terrorçulara qoşulması xəbərləri bizi dərindən narahat edir" deyə Bülənt Arınc bildirib.