İtaliyada Şaxta babalar hökumət binalarına basqın etdi
İtaliyada Şaxta babalar külətvi aksiyalara başlayıblar. APA TV-nin məlumatına görə, 50-dən çox şəhəri əhatə edən aksiyalar zamanı Şaxta babalar hökumətin iqtisadi islahatlarına etiraz ediblər. Artıq ölkənin hər iki həmkarlar ittifaqı bir neçə günlük işləməyi dayandırıblar.
Milanda baş tutan aksiyalarda Şaxta baba geyimində olan yüzlərlə aksiyaçı hökumət binalarına basqın edib. Paytaxt Roma da isə, aksiyaçılarla polis arasında qarşıdurma olub. Polis aksiyaya sərt müdaxilə edib və bir neçə aksiya iştirakçıları saxlayıb.
Türkiyədə səfərdə olan İtaliyanın baş naziri Matteo Renzi isə bildirib ki, hökumət müəyyən etdiyi iqtisadi islahatları mütləq həyata keçirəcək.