Ukrayna bir neçə hava limanlarına uçuşları qadağan etdi

Ukrayna Dövlət Aviasiya Xidməti şənbə günü, gecə yarısından Xarkov, Dnepropetrovsk  və Zaporojye aeroportlarında təyyarələrin enməsini qadağan edib.

 

APA TV-nin “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Xidmətin rəisi Denis Antonyuk bəyan edib.

 

Onun sözlərinə görə, qadağa təhlükəsizlik baxımından qoyulub. Denis Antonyuk həmçinin qeyd edib ki, qadağanın müddəti müəyyən edilməyib və uçuşların nə vaxt bərpa ediləcəyi məlum deyil.

Müəllif | Apa.Tv