MN: Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozublar

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 28 dəfə pozulub. Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən, Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən isə Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutub.

 

Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Novruzlu, Sarıcalı, Kəngərli, Şuraabad, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Göygöl, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.

Müəllif | Apa.Tv