Sinoptiklər xəbərdarlıq edir: Havalar soyuyacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə xəbərdarlıq edib. Nazirlikdən APA TV-yə verilən məlumata görə, Azərbaycanda sabahdan etibarən hava şəraiti qeyri sabit keçəcək və dekabrın 16-dək davam edəcək. Arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək. Bu gecə şimal küləyinin sürəti bir qədər artacaq.  Bakıda və Abşeron yarımadasında da dekabrın 14-15-də arabir yağış yağacağı gözlənilir. Bakıda gündüz havanın temperaturu 6-8 dərəcə isti təşkil edəcək. Aran rayonlarında isə havanın temperaturu gündüz 8-13 dərəcə isti olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv