Bakıda küçədən yeni doğulmuş körpə tapılıb
Bakıda küçədə yeni doğulmuş körpə tapılıb. APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, yeni doğulmuş oğlan uşağı dekabrın 11-də paytaxtın Nizami rayonunun Rüstəm Rüstəmov küçəsində tapılıb. Körpə Qara Qarayev adına 2 saylı Uşaq Xəstəxanasına təhvil verilib. Araşdırmalar aparılır.